Məlikov fasiləyə qədər oynadı, Subaşiç qol ötürməsi verdi
07.09.2014 - 16:36
Məlikov fasiləyə qədər oynadı, Subaşiç qol ötürməsi verdi

Milli komandaların oyunları ilə əlaqədar olaraq yaranan fasilədən istifadə edən "Dənizlispor" ilə "Manisaspor" yoxlama oyununda qüvvəsini sınayıblar. Apasport.az saytının məlumatına görə, PTT I liqa klublarının görüşü Dənizli şəhərindəki "Atatürk" stadionunda baş tutub.

 

Qarşılaşmasında qalib müəyyənləşməyib. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

 

"Dənizlispor"da çıxış edən milli komandamızın sabiq müdafiəçisi Rail Məlikov meydana ilk “11-lik”də çıxıb və fasiləyə qədər forma geyinməyi bacarıb. Təmsilçimizi Ömər əvəzləyib. "Manisaspor"un üzvü, digər sabiq futbolçumuz Branimir Subaşiç isə start heyətində yer alıb. Serb əsilli forvard Raildən fərqli olaraq, 63-cü dəqiqədə yerini Oğuzhan Palaza verib.

 

Qeyd edək ki, hesabı 20-ci dəqiqədə Subaşiçin başla cərmə meydançasına ötürməsindən sonra Qüdrət açıb. 82-ci dəqiqədə isə Məlikovun komanda yoldaşı Bülent Ertuğrul matçda bərabərlik qoluna imza atıb.