“Xəzər Lənkəran”da yeni müqavilə - FOTO
10.06.2015 - 11:24
“Xəzər Lənkəran”da yeni müqavilə  - FOTO

“Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanovun gələcək taleyinə aydınlıq gəlib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 29 yaşlı futbolçu “ağ-yaşıllar”da qalmaq qərarına gəlib.

 

Milli komandamızın sabiq üzvü artıq cənublularla yeni müqaviləyə də qol çəkib. Anlaşmaya əsasən, Ramaldanov 2017-ci ilin yayına qədər “Xəzər Lənkəran”a məxsus olacaq.

 

Qeyd edək ki, 2013-cü ilin yayında “Simurq”dan “Xəzər Lənkəran”a keçən Rasim Ramaldanov indiyə qədər bu komandanın heyətində 54 oyun keçirib, 2 qola imza atıb.