Tanınmış ispaniyalı futbolçu Raul mövsümün sonunda karyerasını başa vuracaq. Apasport.az saytının məlumatına görə, hazırda Qətərin “Əl-Sadd” klubunda çıxış edən ispaniyalı qəti qərar qəbul edib. Klub rəhbərliyinin təkidləri də 36 yaşlı futbolçunu fikrindən döndərə bilməyib.
Bundan əvvəl Almaniyanın “Şalke-04” klubu Raula komandada vəzifə təklif edib. İspaniyanın “Real” klubu da analoji təkliflə çıxış edib.
Xatırladaq Ki, Raul 1994-2010-cu illərdə “Real”ın heyətində çıxış edib. 2010-2012-ci il mövsümlərində isə “Şalke”nin şərəfini qoruyub. O, İspaniya millisinin heyətində 102 oyun keçirib və 44 qol vurub.
Raul “Real”ın heyətində 6 dəfə İspaniya çempionu olub, 4 dəfə ölkə Superkubokunun sahibi olub, 3 dəfə Çempionlar Liqasında qalib gəlib. Bundan əlavə, 2 dəfə Qitələrarası kubokun, 1 dəfə Avropa Superkubokunun sahibidir.
Şalke ilə 2011-ci ildə Almaniya Kubokunu və Superkuboku alıb. 2013-cü ildə “Əl-Sadd”ın tərkibində Qətər çempionu olub.
- “Nottingem”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ
- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
- Xabi Alonso: “Arda, Mesut Özil və Quti Hernandezin qarışığıdır"