İspaniya La Liqasının rəsmi saytı 2014/15 mövsümü üçün primeranın ən yaxşı rəmzi heyətini təqdim edib. Apasport.az saytının məlumatına görə, rəmzi heyətdə Neymar, İnyesta kimi futbolçular yer almasa da 11 nəfərlik heyətin 6-sı “Barselona”lı futbolçulardan təşkil olunub.
Rəmzi komandaya baş məşqçi isə Luis Enrike “təyin olunub”.
Qapıçı: Klaudio Bravo (“Barselona”)
Müdafiəçilər: Xordi Alba, Dani Alves, Cerard Pike (hamsı “Barselona”), Nikolas Otamendi (“Valensiya”)
Yarımmüdafiəçilər: İvan Rakitiç (“Barselona”), Qjeqoj Krıxkovyak (“Sevilya”), Xames Rodriges (“Real” M)
Hücumçular: Kristiano Ronaldo (“Real” M), Lionel Messi (“Barselona”), Antuan Qrizman (“Atletiko” M)