[b]“Qarabağ”ın müdafiəçisi rəqibimizə qarşı oynayacaq[/b]
14.10.2014 - 23:12
[b]“Qarabağ”ın müdafiəçisi rəqibimizə qarşı oynayacaq[/b]

AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi İtaliya yığması yoldaşlıq görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, “Skuadra Adzurra” “Qarabağ”ın sol cinah müdafiəçisi Ansi Aqollinin komandası Albaniya ilə üz-üzə gələcək.

 

Qarşılaşma noyabrın 18-də baş tutacaq. Matç Cenoa şəhərinin “Luidji Ferraris” stadionunda keçiriləcək.

 

Qeyd edək ki, İtaliya AVRO-2016-nın seçmə mərhələsinin növbəti oyununda Xorvatiyanı qonaq edəcək. Bu matç isə noyabrın 16-da reallaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.