Rəqibimiz hücumçusu ilə yeni müqavilə imzaladı
06.11.2014 - 20:37
Rəqibimiz hücumçusu ilə yeni müqavilə imzaladı

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Dnepr" hücumçusu Nikola Kaliniçlə müqaviləni yeniləyib. Apasport.az saytının məlumatına görə, xorvatiyalı futbolçu daha 5 il Ukrayna klubunun şərəfini qoruyacaq.

 

31 yaşlı forvard 2019-cu ilin dekabr aynın sonuna qədər "Dnepr"lə müqavilə imzalayıb.

 

Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2011-ci ildə 6 milyon avro qarşılığında "Bləkbörn"dən Dnepropetrovsk təmsilçisinə keçib.