Rəqibimiz tarixə düşdü
14.10.2014 - 08:00
AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Norveç yığmasının futbolçusu Martin Edeqor tarixə düşüb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi qitə çempionatları tarixinin ən gənc oyunçusu olub.
Edeqor Bolqarıstanla dünənki matçda (2:1) meydana çıxıb. 64-cü dəqiqədə komanda yoldaşını əvəzləyən skandinaviyalı 15 yaş 297 günlüyündə buna nail olub.
Martin islandiyalı Doqurdur Yonssonun rekordunu arxada qoyub. Adalı 16 yaş 251 günlüyündə seçmə mərhələdə oynamışdı.
0
0