AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi olan İtaliya yığmasının baş məşqçisi Antonio Konte sentyabrın 9-da Norveçlə matça yenilənmiş heyəti meydana buraxmağı planlaşdırır. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı 6 gün əvvəl Hollandiyanı məğlub etdiyi (2:0) görüşdə qapıda dəyişiklik edəcəyi gözlənilir.
Konte Salvator Siriqunun əvəzinə bu dəfə çərçivədə gözlənildiyi kimi komandanın əsas qolkiperi Canluici Buffonuna güvənəcək. Bundan başqa, meydanda ilk dəqiqələrdə yarımmüdafiəçilər - Antonio Kandreva ilə Alessandor Florensi mübarizə aparacaq. Antonio yenə qol ümidini Simone Zaza və Çiro İmmobileyə bağlayacaq.
Qeyd edək ki, millimizin rəqiblərinin oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.