AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizin rəqibləri İtaliya yığmasında ciddi itki baş verib. Apasport.az saytının məlumatına görə, “Skuadra Adzurra” Xorvatiya ilə oyunöncəsi komandanın əsas hücumçularından birini itirib.
Baş məşqçi Antonio Konte zədə səbəbindən Mario Balotellinin xidmətində istifadə edə bilməyəcək.
Dizindən zədə alan forvard artıq millinin düşərgəsini tərk edib. Onun zədəsi yüngül olsa da, məşqçilər heyəti futbolçunu riskə atmağı düşünmür.
Qeyd edək ki, İtaliya - Xorvatiya oyunu sabah Milan şəhərində keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı