Rəqibimizin heyətində zədəli futbolçu
12.11.2014 - 02:42
Rəqibimizin heyətində zədəli futbolçu

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizlə eyni qrupda yer alan İtaliya yığmasının heyətinə ciddi itki baş verib. Apasport.az saytının məlumatına görə, Marko Verratti əvvəlki kimi Xorvatiya ilə oyunöncəsi yığma komanda ilə birgə məşq etməyib.

 

“Skuadra adzurra”nın çərşənbə axşamı hazırlığında PSJ-nin yarımmüdafiəçisi qasığındakı zədə səbəbindən fizioterapiya kursu keçib. Lakin yığmanın həkimləri Verrattini kluba geri göndərməyiblər.

 

İtalyan mətbuatı bildirir ki, ən yaxın matçda onun iştirakı ağlasığmazdır.

 

Qeyd edə ki, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Milanda Xorvatiya ilə qarşılaşacaq İtaliya 2 gün sonra Genuyada Albaniyanın milli komandası ilə yoldaşlıq matçında qüvvəsini sınayacaq.