AVRO-2016-nın seçmə mərhələsində sabah millimizi qəbul edəcək İtaliya yığmasının heyətində zədələnən Pablo Osvaldonun taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu gün “Skuadra Adzura”nın məşqində Tyaqo Motta ilə birgə sıradan çıxan “İnter”in hücumçusunun zədəsi çox ciddidir.
Belə ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində təmsilçimiz “Qarabağ”ın rəqibi Milan klubunun forvardı 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Mottanın isə taleyinə hələ aydınlıq gəlməyib.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə “İnter”ə 2:0 hesabı ilə uduzub.