Rəqibimizin qapıçısından yeni rekord
14.10.2014 - 19:20
Rəqibimizin qapıçısından yeni rekord

AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi İtaliya yığmasının qapıçısı Canluici Buffon yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, “Yuventus”un qolkiperi Avropa birincilikləri və Avropa çempionatlarının seçmə mərhələsi tarixində ən çox meydana çıxıan futbolçu adını qazanıb.

 

Ötən gün Maltanı səfərdə 0:1 hesabı ilə məğlub etdikləri görüşdə 36 yaşlı oyunçu 48 dəfə millinin heyətində forma geyinib. Palermo şəhərində komandamızla (2:1) matçda isə Buffon Fransa yığmasının sabiq üzvü Lilian Türama çatıb. Veteran futbolçu karyerası ərzində 47 dəfə meydana çıxmağı bacarıb.

 

Qeyd edək ki, Canluici Buffon AVRO-2012-nin gümüş mükafatçısıdır.