Rəqibin gözünə tüpürməyin cəzası ağır oldu
06.05.2016 - 20:26
Rəqibin gözünə tüpürməyin cəzası ağır oldu

İngiltərə Futbol Federasiyası “Tottenhem”in yarımmüdafiəçisi Musa Dembeleni cəzalandırıb. Apasport.az saytının məlumatına görə, buna səbəb oyunçunun “Çelsi” ilə matçda “zadəganlar”ın hücumçusu Dieqo Kostanın gözünə tüpürməsidi.

 

Hakim epizodu görmədiyi üçün belçikalı futbolçu yerində cəzalandırılmamış, hərəkət də matçın protokolunda qeyd edilməmişdi. Ancaq videotəkrara baxan NİK üzvləri onu 6 oyunluq cəzalandırmağı lazım bilib.

 

Qeyd edək ki, verilən hökmlə razılaşan Dembele qərardan apeliyasiya şikayəti verməyəcək. Bu halda isə o, Premyer Liqanın cari mövsümünün geridə qalan son 2 və növbəti mövsümün ilk 4 turunda meydana çıxa bilməyəcək.