Ötən gün AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin rəqibləri də qrupda ilk matçlarını keçiriblər.
Belə ki, Xorvatiya dogma publika önündə Maltanı sınağa çəkib. İtaliya isə səfərdə Norveçdən xal almağa çalışıb.
Hər iki qarşılaşmada azarkeşlər iki qola şahidlik edib. İtaliya Norveçi, Xorvatiya isə maltalıları məyus edib – 0:2.
Qeyd edək ki, H qrupunda yer alan millimiz evdə Bolqarıstana 1:2 hesabı ilə uduzub.
AVRO-2016-nın seçmə mərhələsi
H qrupu
9 sentyabr
Xorvatiya - Malta - 2:0
QOLLAR: Modriç, 46, Kramariç, 81
Norveç - İtaliya - 0:2
QOLLAR: Zaza, 17, Bonucci, 62