Rəqiblərimizdən Ukrayna qələbə qazandı
18.03.2015 - 21:39
Rəqiblərimizdən Ukrayna qələbə qazandı

Bu gün futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinə start verib. Apasport.az saytının məlumatına görə, final mərhələsinə qatılmaq iddiasında olan millimizin rəqibləri artıq ilk oyunlarını keçirib.

 

Belə ki, “Sərhədçi” Olimpiya Mərkəzində Ukrayna millisi Danimarka yığması ilə münasibətlərinə aydınlıq gətirib. 7 topun vurulduğu görüşdə ukraynalı futzalçılar 5:2 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, hazırda Azərbaycan millisi Belçika yığmasını sınağa çəkir. Komandamız 2:0 hesabı ilə öndədi.