Rəqiblərimizin oyunu təxirə salınmayacaq
16.11.2014 - 18:34
Rəqiblərimizin oyunu təxirə salınmayacaq

AVRO-2016-nın seçmə mərhələsində bu gün təxirə salınması ehtimal edilən millimizin rəqibləri İtaliya - Xorvatiya matçı ilə bağlı vəziyyətə aydınlıq gəlinib. Apasport.az saytının məlumatına görə, güclü yağış nəticəsində “San-Siro” stadionun ot örtüyünün vəziyyəti artıq normallaşıb.

 

Milan şəhərində yağan leysan yaxışı dayanıb və stadionunda drenaj sistemi məsələnin öhdəsindən gəlməyi bacarıb.

 

Qeyd edək ki, daha əvvəl sözügedən qarşılaşmanın yağışa görə təxirə salınacağı deyilirdi. 63 mindən çox tamaşaçının isə oyuna gələcəyi gözlənilir.