Rəşad Sadiqov “Sumqayıt”ı təriflədi
22.02.2014 - 14:21
“Sumqayıt”la oyuna yalnız 3 xal üçün çıxacağıq. Bundan sonrakı görüşlərdə hər xal qızıl dəyərindədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin kapitanı Rəşad Sadiqov deyib.
Klubun rəsmi saytına danışan yarımmüdafiəçi Topaz Premyer Liqasının XXIII turu çərçivəsində “Sumqayıt”la səfər matçını dəyərləndirib: Rəqibə hörmətlə yanaşırıq. “Sumqayıt” klubu əsasən gənc futbolçulardan təşkil olunsa da, mübarizliyi ilə seçilən komandadır. Qələbə qazandığımız səfər matçında da rəqib yaxşı təsir bağışlamışdı. Bu səbəbdən də “Sumqayıt”la qarşılaşmada var gücümüzlə oynamalıyıq. Qələbə qazanıb, turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmağa çalışacağıq”.
Qeyd edək ki, sabah keçiriləcək “Sumqayıt” – “Neftçi” matçı saat 15:00-da başlayacaq.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0