Rəşad Sadıqov Filippinlə oyunu buraxa bilər
03.03.2014 - 16:55
Azərbaycan millisi Filippinlə martın 5-də keçiriləcək yoxlama oyununa ciddi itki ilə çıxa bilər. Apasport.az saytının məlumatına görə, yığmamızın kapitanı Rəşad Sadıqovun Asiya təmsilçisi ilə görüşü buraxmaq ehtimalı yaranıb.
Buna 32 yaşlı müdafiəçinin zədəsi səbəb ola bilər. Belə ki, müalicəsini başa çatdırmadan meydana qayıdan və “Qarabağ”ın zirvəyə qayıtmasına kömək edən Sadıqovun zədəsi yenidən özünü göstərməyə başlayıb.
Elə buna görə də kapitan millinin bu gün BƏƏ-nin Dubay şəhərində keçirilən açıq məşqdə kollektiv çalışmalardan kənarda qalıb. Fərdi məşq edən müdafiəçi meydanın kənarında qaçmaqla kifayətlənir.
Qeyd edək ki, Azərbaycan – Filippin oyunu martın 5-də Dubayda keçiriləcək.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0