Topaz Premyer Liqasının XXVI turu 3 futbolçunun cəzalanması ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, sarı vərəqə limitini aşan oyunçular komandalarının növbəti matçını buraxacaq.
III dövrənin son turunda “İnter”lə qarşılaşacaq “Qarabağ”in itkisi daha ciddidi. Ağdam təmsilçisi aparıcı oyunçusu Reynaldonun xidmətindən məhrumdu. Buna səbəb braziliyalının mövsümdə 4-cü dəfə sarı vərəqə almasıdı.
Ötən çempionatın ən yaxşı bombardiri kimi cari mövsümün ən məhsuldar oyunçusu da qarşıdakı turu buraxacaq. Hazırda şərikli bombardir olan Nurlan Novruzov “Bakı”nın “Neftçi” ilə səfər matçını buraxacaq. Buna onun 8-ci dəfə xəbərdarlıqla cəzalanmasıdı.
AZAL-ın üzvü Seymur Əsədov da qarşıdakı turu buraxacaq. 4-cü sarı vərəqə onun “Simurq”la səfər oyununda iştirakına mane olacaq.