Reynaldo AFFA-ya çağırıldı
08.09.2014 - 16:29
Reynaldo AFFA-ya çağırıldı

Bu gün səhər saatlarında “Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo AFFA-nın inzibati binasında olub. Apasport.az saytının xəbərinə görə, sambaçı Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovla birgə AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb.

 

Tərəflər arasında görüş zamanı futbolçunun millimizə çağırılması haqqında söhbət gedib. Bu xəbəri AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu da təsdiqləyib.