Reynaldo hamını kölgədə qoydu
05.03.2014 - 11:36
Reynaldo hamını kölgədə qoydu

Topaz Premyer Liqasında XXIV turun rəmzi komandası və ən yaxşı oyunçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “InStat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik göstəricilərə əsasən ötən turun ən yaxşısı "Qarabağ"ın braziliyalı legioneri Reynaldo olub.

 

Turun rəmzi yığmasında “Qarabağ”ın 7 üzvü yer alıb. Yarımmüdafiə xətti yalnız bu klubun oyunçularından ibarətdir.

 

Qapıçı - Kamal Bayramov (Rəvan)

Müdafiəçilər - Ansi Aqolli (Qarabağ), Yohan Bokonyano (İnter), Bədavi Hüseynov (Qarabağ), Mahir Şükürov (Neftçi)

Yarımmüdafiəçilər - Muarem Muarem (Qarabağ), Riçard Almeyda (Qarabağ), Marinaldo da Silva (Qarabağ), Leroy Corc ( Qarabağ)

Hücumçular - Reynaldo (Qarabağ), Baçana Sxadadze (İnter)

 

Mənbə: pfl.az