Reynaldo məşqlərə başladı
21.02.2014 - 17:58
Topaz Premyer Liqasının XXIII turunda “Simurq”u qəbul edəcək “Qarabağ” günü bir məşqlə başa vurub. Apasport.az saytının məlumatına görə, hazırlıq 90 dəqiqə davam edib.
Ötən tur “Rəvan”la matçı zədə səbəbindən buraxan braziliyalı Reynaldo artıq komandayla hazırlıq keçib. Fevralın 8-də “Qəbələ” ilə oyunda zədələnən albaniyalı müdafiəçi Admir Teli isə fizioterapevt nəzarətində çalışıb.
Qeyd edək ki, “Qarabağ” – “Simurq” oyunu fevralın 23-ü saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0