“Araz-Naxçıvan”ın çempionatda çıxışının dayandırmasının AFFA və PFL tərəfindən rəsmiləşməsi ilə 20 oyunun nəticəsi ləğv olunub. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqası və əvəzedicilərin çempionatlarının hərəsində 10 matçının nəticəsinin üstündən xətt çəkilən klubun əsas komandası arxada qalan matçlarda 26 futbolçuya güvənmişdi.
Premyer Liqanın 11 turunda 10 görüşə çıxan komandanın 3 üzvü – Kamal Bayramov, Bəxtiyar Soltanov və David Janelidze bütün matçlarda iştirak etmişdi.
Sonuncu 3 qolla 7 dəfə fərqlənən komandasının ən yaxşı bombardiri idi. Lakin naxçıvanlıların vurduğu 7 top da, rəqiblərinin 20 qolu da ləğv edilib. Bu görüşlərdə sonuncu qolu Reynaldo vurub. Braziliyalının yola saldığı “26-lar”dan bəziləri hələ klub dağılmamış komandadan qovulmuşdu. Son günədək klubda qalanlar isə müqavilə ilə bağlı olduğu klub varlığına son qoyduğu üçün avtomatik azad agent statusuna yiyələnib.
|
futbolçu |
oyun |
Dəqiqə |
qol |
sarı |
qırmızı |
|
Kamal Bayramov |
10 |
900 |
-20 |
1 |
0 |
|
Bəxtiyar Soltanov |
10 |
852 |
1 |
1 |
0 |
|
David Janelidze |
10 |
766 |
3 |
2 |
0 |
|
Emin Cəfərquliyev |
9 |
765 |
0 |
0 |
0 |
|
Ramal Hüseynov |
9 |
610 |
0 |
3 |
0 |
|
Elmin Çobanov |
8 |
540 |
2 |
1 |
0 |
|
Ruslan Zubkov |
7 |
621 |
1 |
3 |
0 |
|
Eşqin Quliyev |
7 |
530 |
0 |
0 |
0 |
|
Tərlan Xəlilov |
7 |
475 |
0 |
2 |
0 |
|
Aqil Nəbiyev |
6 |
510 |
0 |
2 |
0 |
|
Azər Məmmədov |
6 |
446 |
0 |
1 |
0 |
|
Budaq Nəsirov |
6 |
337 |
0 |
2 |
0 |
|
Qərib İbrahimov |
5 |
179 |
0 |
0 |
0 |
|
Aleksandr Krutskeviç |
4 |
360 |
0 |
0 |
0 |
|
Əlimirzə Daşzərili |
4 |
336 |
0 |
1 |
0 |
|
Tural Hümbətov |
4 |
315 |
0 |
3 |
0 |
|
Cavid Həsənov |
4 |
129 |
0 |
1 |
0 |
|
Ruslan Nəsirli |
4 |
28 |
0 |
0 |
0 |
|
Kamil Hüseynov |
3 |
270 |
0 |
1 |
0 |
|
Saşa Yunisoğlu |
3 |
246 |
0 |
1 |
0 |
|
Kamil Nurəhmədov |
3 |
203 |
0 |
0 |
0 |
|
Sergey Selyuk |
3 |
187 |
0 |
0 |
0 |
|
Elnur Abdulov |
3 |
94 |
0 |
0 |
0 |
|
Vüqar Əsgərov |
2 |
37 |
0 |
0 |
0 |
|
Elgiz Kərəmli |
1 |
49 |
0 |
0 |
0 |
|
Akif Tağıyev |
1 |
25 |
0 |
0 |
0 |
Naxçıvan təmsilçisi Premyer Liqada keçirdiyi oyunlara “Neftçi” üzərində qələbə ilə start vermişdi. Lakin 3:0 hesablı qələbə sonuncu olub. Ardıcıl 9 matçda qələbə qazana bilməyən, son 3 görüşdə qol vurmadan uduzan “Araz-Naxçıvan” sonda “Qarabağ”a 0:4 hesabı ilə yenildi.
Maraqlıdı ki, həmin qarşılaşmada dubl edən Reynaldonun daha 2 qolu I turun “Sumqayıt”la matçında ləğv edilmişdi. Braziliyalının iki oyunda itirdiyi qolların da sayı 4-ə çatdı.
Birinci dövrə
I tur
10 avqust (bazar)
3. “Araz Naxçıvan” (Naxçıvan) – “Neftçi” (Bakı) – 3:0
David Janelidze, 52; 90+4; Elmin Çobanov, 81
II tur
17 avqust (bazar)
9. “Qəbələ” – “Araz Naxçıvan” – 1:0
Cavid Hüseynov, 19 (p.)
III tur
23 avqust (şənbə)
12. “Araz Naxçıvan” – “Qarabağ” – təxirə salınıb
IV tur
30 avqust (şənbə)
17. “Sumqayıt” – “Araz Naxçıvan” – 1:0
Kiyan Sultanpur, 22
V tur
12 sentyabr (cümə)
21. “Araz Naxçıvan” – “İnter” – 1:3
Ruslan Zubkov, 81 - Baçana Sxadadze, 48; Coşqun Diniyev, 61; Asif Məmmədov, 86
VI tur
20 sentyabr (şənbə)
27. “Xəzər Lənkəran” – “Araz Naxçıvan” – 2:0
Qalin İvanov, 74; Ağabala Ramazanov, 88
VII tur
27 sentyabr (şənbə)
33. “Bakı” – “Araz Naxçıvan” – 2:1
Tural Qürbətov, 28; Nuran Qurbanov, 77 - Elmin Çobanov, 50
VIII tur
18 oktyabr (şənbə)
38. “Araz Naxçıvan” – AZAL – 2:2
David Janelidze, 44; Bəxtiyar Soltanov, 62 - Rəşad Abdullayev, 23 (p.); Konseysao Eduardo, 49
IX tur
25 oktyabr (şənbə)
42. “Simurq” – “Araz Naxçıvan” – 4:0
Marko Stanoyeviç, 34, Rəşad Eyyubov, 47, 56, 90+3
İkinci dövrə
X tur
29 oktyabr (çərşənbə)
48. “Araz Naxçıvan” – “Qəbələ” – 0:1
Pavol Farkaş, 20
XI tur
02 noyabr (bazar)
54. “Qarabağ” – “Araz Naxçıvan” – 4:0
Muarem Muarem, 15; İnnosent Emeqara, 34; Reynaldo Silva, 50, 62 (p.)
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı