Rio Ferdinand: Qəlbim məni tərk etdi
02.05.2015 - 16:01
Rio Ferdinand: Qəlbim məni tərk etdi

Məşhur futbolçu Rio Ferdinandın həyat yoldaşı Rebekka Ellison vəfat edib. Apasport.az saytının məlumatına görə, buna səbəb xərçəng xəstəliyi olub.

 

Böyük Britaniya mətbuatı hadisənin dünən baş verdiyini yazıb. İngiltərə millisinin və “Manşester Yunayted”in sabiq oyunçusu, hazırda “Kuinz Park Reyncers”in şərəfini qoruyan Rio Ferdinandın həyat yoldaşı London xəstəxanalarının birində həyata gözlərini yumub.

 

Ferdinand artıq bununla bağlı açıqlama da verib: “Qəlbim məni dünən gecə tərk etdi. O, bu xəstəliklə çox mübarizə apardı. Rebekka övladlarını çox sevirdi. Bütün həkimlərə təşəkkür etmək istəyirəm. Yoldaşımın həyatda qalması üçün əllərindən gələni etdilər. Rebekkanın ömrünü uzatmaq üçün göstərdikləri qəhrəmanlığı unuda bilmərəm”.