“Beşiktaş” klubu “Bavariya”nın ulduzu Aryen Robbenlə maraqlanır. Apasport.az saytı “Milliyət” qəzetinə istinad edərək xəbər verir ki, hətta hollandla ilkin görüş də baş tutub.
Belə ki, komandanın transferində məsul olan şəxs, Robbenə “Beşiktaş” barədə danışıb və onu türk klubunun heyətində görmək istədikləri qeyd edilib.
Məlumata görə, “uçan holland” indiki halda karyerasını Türkiyədə davam etdirməkdə maraqlı olmadığını bildirib. Belə ki, Robben öz komandasının formasını geyindiyi üçün məmnundu.
Qeyd edək, ulduz futbolçu, əvvəllər PSV, “Çelsi” və “Real” kimi klubların şərəfini qoruyub. 2009-cu ildə isə Münhen təmsilçisinə 24 milyon avroya transfer edilib.