“Bavariya”nın yarımmüdafiəçisi Aryen Robben qeyri-adi açıqlama ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, hollandiyalı futbolçu Dortmund “Borussiya”sının Almaniya Kubokunun yarımfinalında onları məğlub etməsini arzulayır.
Yurgen Kloppun mövsümün sonunda “Borussiya”dan gedəcəyi ilə bağlı xəbərə münasibət bildirən Robben məsələyə belə şərh verib: “Mən ona görə narahatam. Kloppa böyük rəğbət bəsləyirəm. Ancaq biz əminik ki, Klopp “Borussiya”dakı karyerasını titulsuz başa vurmayacaq. Ümid edirəm ki, o, Almaniya Kubokunun qalibi kimi vidalaşacaq”.
Qeyd edək ki, Dortmund “Borussiya”sının Almaniya Kubokunun yarımfinalındakı rəqibi məhz Aryen Robbenin formasını geyindiyi “Bavariya”dı.