Robbi Faulerin rekordu qırıldı
16.05.2015 - 19:16
İngiltərə Premyer Liqasının bu gün baş tutan “Sauthempton” – “Aston Villa” görüşündə rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, ev sahiblərinin hücumçusu Sadio Mane 3 dəqiqəyə 3 qol vurararaq Premyer Liqa tarixinin ən sürətli het-trikini müəyyənləşdirib.
Oyunun 13, 14 və 15 dəqiqələrində fərqlənən Mane bu göstərici ilə “Liverpul”un keçmiş hücumçusu Robbi Faulerin rekordunu yeniləyib.
0
0