Robbi Kin het-trik edib, Hakan Şükürü geridə qoydu
11.10.2014 - 23:45
Robbi Kin het-trik edib, Hakan Şükürü geridə qoydu

İrlandiya millisinin hücumçusu Robbi Kin Avropa çempionatının seçmə mərhələsinin ən yaxşı bombardiri olub. Apasport.az saytının məlumatına görə, “Los-Anceles Qalaksi”nin 34 yaşlı forvardı qitə birinciliyinin seçmə yarışlarında vurduğu qollarının sayını 21-ə çatdırıb.

 

Kin AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığmasını darmadağın (7:0) etdikləri matçda het-trikə imza atıb. Bu görüşə qədər isə 18 dəfə fərqlənən Robbin danimarkalı futbolçu Yon-Dal Tommason və Türkiyə millisinin sabiq üzvü Hakan Şükürdən (19) 1 top geri qalırdı.

 

Cəbəllütariqlə oyunun 6, 14 və 18-ci dəqiqələrində het-trik edən Kin hər iki hücumçunu arxada qoyaraq, Avropa çempionatının seçmə mərhələsinin ən yaxşı bombardiri ünvanını qazanıb.

 

Qeyd edək ki, Robbi Kin İrlandiya millisinin heyətində 1998-ci ildə debüt edib.