“Azərbaycan futbolu və futbolçuları ilə daha yaxından tanış olmaq baxımından bu oyunu izləmək mənim üçün vacib idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan Robert Prosineçki deyib.
Xorvatiyalı mütəxəssis Avropa Liqasında keçirilmiş “Sent-Etyen” – “Qarabağ” qarşılaşmasının izləyib və bununla bağlı affa.az saytına fikirlərini bildirib: “Yaxşı və maraqlı oyun oldu. Komanda birinci hissə daha yaxşı çıxış etdi və heyətdəki azərbaycanlı futbolçuların yaxşı oyunu məni sevindirdi. Şadam ki, bu oyunu canlı izlədim. Tanışlıq xarakterli fəaliyyətimi davam etdirmək məqsədilə Fransadan Bakıya dönəcək və Topaz Premyer Liqasının XIV turunda keçiriləcək bəzi oyunları izləməyə çalışacağam”.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı