Norveç - Azərbaycan oyunu öncəsi keçiriləcək açıq məşq və mətbuat konfranslarının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsində iyunun 12-də keçiriləcək qarşılaşmasından 1 gün əvvəl hər iki komandanın baş məşqçisi media nümayəndələri önünə çıxacaq.
Skandinaviyalıların çalışdırıcısı Per-Matias Hoqmo iyunun 11-də, Bakı vaxtı ilə saat 20:30-da jurnalistlərin suallarını cavablandıracaq. Yığmamızın xorvatiyalı baş məşqçisi Robert Prosineçki isə saat 23:15-də mətbuat konfransı keçirəcək.
Norveç milli komandası
11 iyun, saat 17:30 (Bakı vaxtı ilə 20:30)
“Ullevol” stadionu
Baş məşqçinin mətbuat konfransı
11 iyun, saat 18:00 (Bakı vaxtı ilə 21:00)
“Ullevol” stadionu
Mətbuat və azarkeşlər üçün ilk 15 dəqiqəsi açıq məşq
Azərbaycan milli komandası
11 iyun, saat 20:15 (Bakı vaxtı ilə saat 23:15)
“Ullevol” stadionu
Baş məşqçinin mətbuat konfransı
11 iyun, saat 20:45 (Bakı vaxtı ilə saat 23:45)
“Ullevol” stadionu
Mətbuat və azarkeşlər üçün ilk 15 dəqiqəsi açıq məşq
Qeyd edək ki, Norveç – Azərbaycan oyunu Oslo şəhərindəki “Ullevol” stadionunda keçiriləcək.
Mənbə: affa.az