Braziliya millisinin əfsanəvi müdafiəçisi Roberto Karlos ən böyük arzusunu açıqlayıb. Apasport.az saytının Braziliya mətbuatına istinadən məlumatına görə, keçmiş futbolçu yığma komandada çalışmaq niyyətindədi.
Hazırda Türkiyə klubu “Akhisar”ın baş məşqçisi olan Karlos Braziliya millisində işləmək arzusundadı: “Ən böyük arzum Braziliya millisinə baş məşqçi kimi qayıtmaqdı. Bilirəm ki, bunun həyata keçməsi üçün çox çalışmalıyam. Ardıcıl 14 il yığmanın formasını geyinmişəm, çoxlu titullar qazanmışam. Eyni uğurları baş məşqçi kimi də əldə etmək istəyirəm”.
Qeyd edək ki, Braziliya millisini hazırda Dunqa çalışdırır.