Roberto Karlos hücumçumuza şans vermədi
30.11.2014 - 23:30
Bu gün Türkiyə Superliqasının XI turunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” səfərdə “Mersin İdmanyurdu” ilə üz-üzə gəlib.
Qarşılaşmada sevinən tərəf meydan sahibləri olub. Sivas klubu 2:0 hesabı ilə uduzub.
Bu matçda yığmamızın forvardı “18-liy”ə daxil edilsə də, braziliyalı baş məşqçi Roberto Karlos ona şans verməyib.
Qeyd edək ki, təmsilçimizin komandası hazırda 9 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşır.
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
0
0