“Volfsburq”un heyətində yalnız hücumçu Bas Dost deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Roberto Mançini deyib.
İtaliyalı mütəxəssis Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyun çərçivəsində səfərdə “Volfsburq”la matçöncəsi mətbuat konfransı keçirib. Mançini bildirib ki, rəqibin zəif yeri praktik olaraq yoxdu: “Almaniya təmsilçisi əla komandadı. Hazırda bu klub Bundesliqada II yeri tutur. Onlar sübut edirlər ki, meydanda yaxşı mübarizə aparırlar. Dost indi çox gözəl formadadı. Son oyunlarda qol vuraraq, komandasını sevindirir. “Volfsburq” ən güclü komandadı. Rəqibə qalib gəlmək üçün praktik olaraq, mükəmməl oynamaq lazımdı”.
Qeyd edək ki, "Volfsburq" - “İnter” matçı sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.