Rodriges "Real"dan ayrılmağa qərar verdi
25.04.2015 - 15:33
Rodriges "Real"dan ayrılmağa qərar verdi

Madrid “Real”ının gənc futbolçusu Xese Rodriges mövsümün sonunda iş yerini dəyişə bilər. Apasport.az saytının məlumatına görə, hücumameyilli yarımmüdafiəçi “kral klubu”ndakı durumdan razı deyil.

 

Oyun praktikasının azlığından şikayətlənən Xese məhz bu səbəbdən yayda “Real”ı tərk etməyi planlaşdırır. Klub rəhbərliyinin də bu gedişə mane olmayacağı gözlənilir.

 

Qeyd edək ki, ötən il “Real”ın digər gənc futbolçusu Alvaro Morata da analoji səbəbdən “Real”dan ayrılmışdı.