Daim qeyri-adi hərəkətləri, intizamsızlığı ilə diqqət mərkəzinə düşən bir vaxtların qeyri-adi istedadı Ronaldinyo azarkeşlərini növbəti dəfə analoji halla təəccübləndirib. Apasport.az xəbər verir ki, parlaq karyerasını əyləncəyə qurban verən Braziliya yığmasının sabiq yarımmüdafiəçisi futbolu musiqiyə dəyişmək haqda düşünür.
“Barselona”nın sabiq üzvü hazırda vətənində Mineyro “Atletiko”sunun şərəfini qorusa da, ümidləri tam doğrultmur. Təcrübəli futbolçu “Football İtalia”ya açıqlamasında bildirib ki, karyerasını bitirən kimi musiqi aləminə baş vuracaq: “İndiki məqamda ən yüksək səviyyədə oynamaq istəyirəm. Bilirsiz ki, ehtiyat skamya mənim yerim deyil. Amma futbolla vidalaşandan sonra məşğuliyyətim musiqi olacaq”.
34 yaşlı Ronaldinyo PSJ, “Barselona” və “Milan” kimi nəhəng klubların heyətində ümumilikdə 276 oyuna çıxıb, 107 dəfə rəqib qapıçıları məyus edib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”