“Real”ın hücumçusu Kriştianu Ronaldo “Real”dan ayrılacağı tarixi və karyerasını davam etdirəcəyi ölkənin adını açıqlayıb. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, portuqaliyalı futbolçu müqaviləsinin sonuna qədər “kral klubu”nda qalacağını söyləyib.
Ronaldo 2018-ci ildə “Real”la müqavilə müddətinin bitəcəyini və həmin vaxt ABŞ-a köçəcəyini bəyan edib. Nyu York və Mayami klublarından da təklif alan ulduz futbolçu Los Ancelesdə yaşamağı qərara alıb. Bu isə o deməkdi ki, qolçu futbolçu karyerasını ya “Los Anceles”, ya da “Los Anceles Qalaksi” klubunda davam etdirəcək.
Qeyd edək ki, yeni yaradılan “Los Anceles” klubu 2017-ci ildən MLS liqasında çıxış edəcək.