Braziliya millisinin keçmiş hücumçusu Ronaldo Almaniya millisinin hücumçusu Miroslav Kloze ilə bağlı zarafatla bəyanat verib. Apasport.az saytının məlumatına görə, keçmiş hücumçu azarkeşləri Klozeyə qarşı çağırıb.
Ronaldo braziliyalıların bacardıqları qədər Almaniya millisinə qarşı olacaqlarına ümid etdiyini bildirib: “Hətta Klozeni fitə basmaları da pis olmazdı”.
Qeyd edək ki, 36 yaşlı Kloze qarşıdan gələn mündialda Ronaldonun dünya çempionatında vurulan qolların sayına görə rekordunu təzələyə bilər. Hazırda Klozenin aktivində 14 qol var. Artıq karyerasını başa vuran Ronaldo isə dünya çempionatlarında 15 qol vurub.