Portuqaliya yığmasının hücumçusu Edraq Poştiqa komandanın lideri Kriştiano Ronaldonun durumu barədə danışıb. Apasport.az saytının məlumatına görə, Poştiqa Ronaldonun ABŞ-la oyunda milliyə kömək edəcəyini bildirib.
Qeyd edək ki, Ronaldu dünənki oyuna xüsusi sarğı ilə çıxıb. Poştiqa komanda yoldaşının ABŞ-la oyuna çıxmasında şübhə olmadığını bildirib: “O komanda ilə bir yerdə məşqə çıxdı və bizimlə bərabər bütün hərəkətləri yerinə yetirdi. Mən həkim deyiləm. Amma Ronaldonun oyunu buraxmayacağını bilirəm. Onun barəsində çox danışırlar və mən Kriştianonun nələr keçirdiyini təsəvvür edirəm”.