Ronaldo keçəcəyi ölkəni açıqladı
18.03.2015 - 09:29
Ronaldo keçəcəyi ölkəni açıqladı

“Real”ın hücumçusu Kriştianu Ronaldo karyerasını davam etdirəcəyi ölkəni açıqlayıb. Apasport.az saytı xəbər verir ki, portuqaliyalı ulduz futbolçu “kral klubu”ndan ayrıldıqdan sonra Avropada qalmayacaq.

 

Ronaldo İspaniya nəhəngini tərk etdikdən sonra ABŞ-ın MLS liqasında gücünü sınamaq fikrindədi. Bu isə 2018-ci ildə reallaşa bilər. Çünki onun “Real”la müqaviləsi həmin ilin yayına qədərdi.

 

Qeyd edək ki, Kriştianu Ronaldo sabiq komandası “Mançester Yunayted”in də maraq dairəsindədi.