Ronaldo Madrid əvəzinə İstanbula gedəcək
29.03.2016 - 23:19
“Real”ın hücumçusu Kristiano Ronaldo Portuqaliya – Belçika hazırlıq oyunundan sonra Madridə yox İstanbula yollanacaq. Apasport.az saytının məlumatına görə, bu barədə Portuqaliyanın nüfuzlu “Abola” nəşri xəbər yayıb.
Hücumçunun marşrutunun dəyişməsinə səbəb isə onun Türkiyədə bir reklam aksiyasında iştirak etməsidi. Belə ki, o, tanınmış mobil operatorlardan birinin təqdimat mərasimində çıxış edəcək.
Qeyd edək ki, həftəsonu La Liqada “El-Klasiko” oynanılacaq.
0
0