Ronaldo Rusiyada futbol məktəbi açır
20.05.2015 - 23:03
Ronaldo Rusiyada futbol məktəbi açır

Braziliyalı keçmiş futbolçu Ronaldo Luis Nazario Rusiyada futbol məktəbi açmaq istəyir. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, “yekədiş” bu barədə özü jurnalistlərlə söhbətində deyib.

 

Dünya kubokunda Braziliyanın Almaniyaya biabırçı məğlubiyyətindən sonra bu qərara gəldiyini deyən “fenomen” Braziliyada və Rusiyada ulduz futbolçu çatışmazlığından gileylənib:

 

“Biz burda məktəb açmaq istəyirik. Mənim “Ronaldo məktəbi” layihəm əsl ulduzlar yetişdirəcək. 4-18 yaş arası uşaqlarla işləyəcəyik. Bu işdə klublarla rəqabət aparmayacağıq. Biz sadəcə idmançı yetişdirəcəyik”.