Ronaldu Portuqaliya millisində rekord qırdı
06.03.2014 - 03:16
Ronaldu Portuqaliya millisində rekord qırdı

 

 

Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu rekord qırıb. Apasport.az saytının məlumatına görə, Ronaldu Kameruna qarşı oyunda 21-ci dəqiqədə qolla fərqlənib.

 

Bununla da, Ronaldu Portuqaliya yığmasının tarixində ən yaxşı bombardir olub. Onun hesabında 48 qol var. O, indiyə kimi 47 qolla siyahıya başçılıq edən Pedro Paletanın rekordunu qırıb.