Ronaldu xəstə uşağın əməliyyatının pulunu ödəyəcək
14.03.2014 - 00:31
Ronaldu xəstə uşağın əməliyyatının pulunu ödəyəcək

Portuqaliya yığmasının və “Real”ın hücumçusu Ponaldu nəhayət ki, xeyriyyəçilik etmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, futbolçu ağır beyin xəstəliyi keçirən Erik adlı 10 yaşlı uşağa maliyyə köməkliyi göstərəcək.

 

Erikin təcili əməliyyat olunmalıdır və bunun üçün 60 min avro lazımdır. Bundan əlavə, əməliyyatdan sonra 10 yaşlı oğlan bir neçə prosedurdan keçməlidir. Hər prosedurun qiyməti 6 min avrodur. Ronaldu isə bu məbləği ödəməyi öz üzərinə götürüb.

 

Qeyd edək ki, portuqaliyalı futbolçu bundan əvvəl öz futbol geyimini və butsısını da auksiondan satmaq üçün Erikə bağışlayıb.