[b]Rositski karyerasını bitirdi[/b]
20.12.2017 - 18:08
Çexiya yığmasının sabiq üzvü Tomaş Rositski karyerasını bitirib. Apasport.az saytı xəbər verir ki, o, 37 yaşında futbolla vidalaşmaq qərarına gəlib.
Məlumatı Rositski özü açıqlayıb.
Tomaşın son klubu “Sparta” olub. O, karyerası ərzində Dortmund “Borussiya”sı və “Arsenal”ın da formasını geyinib.
Qeyd edək ki, Tomaş Rositski 2000-2016-cı illərdə şərəfini qoruduğu Çexiya millisində 105 oyunda 23 qola imza atıb.
0
0