[b]Rövnəq Abdullayev Xorvatiya - Azərbaycan matçında[/b]
13.10.2014 - 22:30
AFFA-nın prezidenti Rövnəq Abdullayev Osiyek şəhərinə gedib. Apasport.az saytının məlumatına görə, o, AVRO-2016-nın seçmə mərhələsində bu gün "Qradski" stadionunda keçiriləcək Xorvatiya – Azərbaycan oyununu izləyəcək.
Qeyd edək ki, Abdullayev oktyabrın 11-də Palermoda baş tutan İtaliya ilə millimizin oyunun da “Renzo Barbero” stadionunda izləmişdi.
0
0