İngiltərə millisinin baş məşqçisi Roy Hocson AVRO-2016-nın seçmə mərhələsində San-Marino və Estoniya yığmaları ilə oyunları üçün komandanın heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis 21 oyunçuya dəvət göndərib.
Hocson milliyə “Arsenal” və “Liverpul”dan 4, “Mançester Siti” ilə “Sautqempton”dan 2 futbolçu çağırıb. Lakin o, “Çelsi” və “Mançester Yunayted”dən 1 oyunçunu sərəncamında görmək istəyib.
Qapıçılar: Freyzer Forster (“Sautqempton”), Ben Foster (“Vest Bromviç”), Co Hart (“Mançester Siti”)
Müdafiəçilər: Leyton Beyns, Fil Caqelka, Con Stounz (hamısı – “Everton”), Qari Keyhill (“Çelsi”), Nataniel Klayn (“Sautqempton”), Kiran Qibbz (“Arsenal”)
Yarımmüdafiəçilər: Fabian Delf (“Aston Villa”), Cordan Henderson, Adam Lallana, Rahim Sterlinq (hamısı – “Liverpul”), Ceyms Milner (“Mançester Siti”), Aleks Oksleyd-Çemberleyn, Cek Uilşir (hər ikisi – “Arsenal”), Conco Şelvi (Suonsi), Endryus Taunsend (Tottenhem)
Hücumçular: Riki Lambert (“Liverpul”), Ueyn Runi (“Mançester Yunayted”), Danni Uelbek (“Arsenal”)