Rüfət Dadaşov 15 dəqiqə oynadı
26.10.2014 - 17:06
Rüfət Dadaşov 15 dəqiqə oynadı

Almaniya Regional Liqasında XV turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Saarbrükken” klubu “Pirmasens"i qonaq edib.

 

Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Rüfət oyuna 75-ci dəqiqədə qolun müəllifi Dennis Veqnerin əvəzinə daxil olub.

 

Qeyd edək ki, Regional Liqanın cənub-qərb zonasında çıxış edən "Saarbrükken" 15 oyunda 33 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.