Rüfət Dadaşov 3 dəqiqə oynadı
16.03.2015 - 01:23
Almaniyanın Regional Liqasında XXIII turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu “Saarbrükken” səfərdə "Svaybrükken"lə qarşılaşıb.
Oyunda təmsilçimizin komandası mininmal hesablı qələbəyə sevinib. Dadaşov matçın 87-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, aktivində 49 xalı olan “Saarbrükken” tunir cədvəlinin 3-cü pillədə qərarlaşıb.
0
0