Rüfət Dadaşov oynadı, komandası uduzdu
09.11.2014 - 00:36
Rüfət Dadaşov oynadı, komandası uduzdu

Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu “Saarbrükken” " Vorms"ı qəbul edib.

 

Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu görüşdə Rüfət ötən turda olduğu kimi yenə start heyətində yer alıb və 90 dəqiqə mübarizə aparıb.

 

Qeyd edək ki, Regional Liqanın "Cənub-Qərb" zonasında çıxış edən "Saarbrükken" 17 oyundan sonra 34 xalla turnir cədvəlinin 3-cü pilləsində qyer alır.