Rüfət Dadaşovun komandası yenidən lider oldu
04.10.2014 - 14:04
Rüfət Dadaşovun komandası yenidən lider oldu

Millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Almaniyanın “Saarbrükken” klubu Regionalliqada XII turun oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Trirdə “Ayntraxt”ın qonağı olan “Saarbrükken” rəqibindən üstün olub – 2:0.

 

Bu matçda Rüfət Dadaşov iştirak etməyib. Buna səbəb futbolçumuzun dünəndən millimizin Frankfurt toplanışına yollanmasıdır.

 

Qeyd edək ki, bu nəticədən sonra “Saarbrükken” yenidən liderliyi ələ keçirib. Rüfət Dadaşovun komandası 29 xalla I pillədədir. Amma II pillədə olan “Kikkers Offenbax” 1 oyun az keçirib.